SOCAR neft-qaz satışından ötən il 630 mln. dollara yaxın gəlir əldə edib

53

Ötən il SOCAR-ın valyuta və hesablaşma hesablarına 17,8 mlrd. manat vəsait daxil olub.

“APA-Economics”in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə şirkət üzrə əsaslı qoyuluşu 1,3 mlrd. manat təşkil edib.

Vurğulanır ki, 2020-ci ildə SOCAR 7,4 mln. ton neft və 7,3 mlrd. kubmetr qaz hasil edilib, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 275,9 min ton az və 525,4 mlrd. kubmetr çoxdur.

Məlumata görə, hasil edilən neftin 1,3 min tonu, qazın isə 1,4 mlrd. kubmetri ixraca yönəldilib.

“İxrac neftinin 749,9 min tonu Baki-Tbilisi-Ceyhan (BTC), 584,5 min tonu Bakı-Novorissiysk kəmərləri vasitəsi ilə daşınılıb. Neft və qazın ixracından daxilolmalar ümumilikdə 628,6 mln. ABŞ dolları təşkil edib”, – hesabatda qeyd olunur.