BP Qazaxıstandakı neft layihələrindən çıxıb

53

Enerji nəhəngi BP şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda BP-nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.

Qeyd edək ki, BP 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu qeyd edilir.

COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.

BP ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini açıqlayıb və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır