Taleh Ziyadov Polşanın məşhur portalına müsahibə verdi

78

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Polşanın “İntermodal news” portalına müsahibə verib.

Baş direktor 2020-ci ildə pandemiyanın Liman fəaliyyətinə yaratdığı çətinliklərin qısa zamanda necə həll edildiyi barədə məlumat verib və qeyd edib ki,  bütün bu çətinliklərə baxmayaraq ötən il liman vasitəsi ilə aşırılan yüklərin həcmi 4,8 milyondan tondan çox olub.

Bununla yanaşı Baş direktor Limanda aparılan islahatlar, konteyner daşımacılığın xüsusi çəkisinin artması və yaxın 5 illik planlar barədə fikirlərini paylaşıb.