“Dəniz” qəzetinin növbəti sayı işıq üzü görüb

60

“Dəniz” qəzetinin növbəti – 12 mart 2021-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” tanker-muzeyin, habelə dövlət başçımızın  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışında iştirak etmələrindən, gəmilərin layihələndirilməsi və tikintisi üçün ixtisaslaşmış vasitə sayılan  “CADMATİC” proqram təminatından ASCO-nun Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda bacarıqla istifadə olunmasından, Bakıda fədakar dənizçilərin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyasından,Vətən müharibəsində rəşadətlə döyüşən cəsur dənizçi Məhəmmədəli Süleymanovun şücaətindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən müxtəlif təkmilləşdirmə və ixtisasartırma kurslarından,ölkəmizin “Dəniz qapısı” əməkdaşlarının  Niderlandda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklərindən, Azərbaycan martın 2-dən 4-dək Hindistanda onlayn formatda təşkil edilən “Hindistan Dənizçilik Sammiti 2021”də təmsil olunmasından,  ömrünün 55 ilini Xəzər Dəniz Gəmiçiliyinə həsr edən  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nəzakət Pənahovanın həyata baxışından, ASCO-da koronavirusla mübarizə çərçivəsində profilaktik tədbirlərin davam etdirilməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 

Mənbə:https://www.seanews.az/