Rumıniya Ukraynaya məxsus gəminin heyət üzvünü axtarmaq üçün gəmi göndərib

47

Martın 11-də Qara Dənizdə baş veriş fəlakət zamanı itkin düşmüş “Volqo-Balt 179” gəmisinin heyət üzvünü axtarmaq üçün Rumıniya Hərbi Dəniz Qüvvələri “Regina Maria” adlı gəmini köməklik üçün hadisə yerinə göndərib.

“Seanews.az” xəbər verir ki, “Regina Maria” adlı gəminin göyərtəsində xüsusi xilasedici avadanlıqla təchiz edilmiş helikopter və dalğıc komandası mövcuddur.

“Volqo-Balt 179” quru yük gəmisi Konstansa limanından təxminən 77 dəniz mili aralıda, şimal-şərq istiqamətində qəzaya uğrayıb.

Heyəti 13 nəfər Ukrayna vətəndaşlarından ibarət olan gəmidən 10 nəfər xilas edilib, 2 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb.

Martın 6-da səfərə çıxan gəmi kömür daşıyırdı.