ASCO-nun gənc əməkdaşları Uğur Forumunda iştirak ediblər

47

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  gənc əməkdaşları online formatda təşkil olunmuş Uğur Forumunda iştirak ediblər.

Forumun spikeri Beynəlxalq dərəcəli biznes təlimçi, NLP master Nəcəf Allahverdiyev olub.

Tədbirdə fərdi inkişaf, özünü və insanları tanıtma, missiyanı tapmaq, uğur düsturları, rasional və irrasional amillər, yanlış və düzgün strategiya, natiqlik, motiviasiya və potensialın kəşfi kimi mövzular müzakirə olunub.

Forumda dinləyicilərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Beş günlük tədbirin sonunda iştirakçılar sertifikatla təltif ediliblər.