Gürcüstanın xarici ticarət dövriyyəsi 12% azalıb

51

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 1 654 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 12% azdır.

Hesabat dövründə qonşu ölkənin ixracının dəyəri 6,8% azalaraq 494,7 milyon dollar, idxalının dəyəri isə 14,1% azalaraq 1 159,3 milyon dollar olub.

İkiaylıq xarici ticarətdə 664,6 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,2%-dir.