Azərbaycanda əmtəəlik qaz hasilatı 10% artıb

36

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,5 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 5,7% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 5,82 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 5,1 mlrd. kubmetr təşkil edib. İllik müqayisədə əmtəəlik neft hasilatı 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,6% artıb.

Qeyd edilir ki, hesabat dövründə respublikada 5,83 mln. tona yaxın neft (4,9% azalma) və 6,84 mlrd. kubmetr qaz (3% artım) hasil edilib.