“Maersk Drilling” “Şahdəniz” yatağında qazma işləri barədə

224

Danimarkanın “Maersk Drilling” şirkətinin “Şahdəniz” qaz kondensat yatağında “Maersk Explorer” qazma qurğusu ilə həyata keçirdiyi işlər plana uyğun davam edir.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, “Maersk Explorer”in mövcud müqavilə üzrə işlərini cədvələ uyğun başa çatdıracaq:

“Bu onu bildirir ki, son 9 il ərzində “Maersk Drilling” tərəfindən qazılan qurğuların sayı 22-yə çatacaq. Biz, həmçinin “Maersk Explorer” üçün yeni imkanlar axtarırıq”.

Qeyd edək ki, “Maersk Explorer” “İstiqlal” qazma qurğusu ilə birgə “Şahdəniz” yatağının işlənməsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-ı artıq başa çatdırılıb.