Türkiyə və ABŞ ordusu birgə hərbi təlimlər keçirəcək

49

Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu Aralıq dənizinin şərqində birgə təlimlər keçirəcək.

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, təlimin bu gün baş tutacaq mərhələsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Gemlik” gəmisi və ABŞ-ın “Einsenhower” aviadaşıyıcısı iştirak edəcək.

Birgə təlimlər martın 18-də Çanaqqala Zəfərinin ildönümündə genişləndirilmiş şəkildə davam edəcək.

İki ölkənin hərbi hava qüvvələrinin təyyarələri də birgə təlimlərə qatılacaq.