Azərbaycanda dəniz yükdaşımalarının 97 faizindən çoxu tranzitin payına düşüb

55

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dəniz yolu ilə ixrac yükdaşımaları 896,6 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Dəniz nəqliyyatı ilə tranzti yükdaşımaları 1 348 ton təşkil edib ki, bu da ümumi yük daşımalarının 97,4 faizi deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə 2,2 min sərnişin daşınıb ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 31,2 faiz azdır.

Azərbaycanda dəniz yolu ilə ixrac daşımalarının 41,8 faizi neft yüklərinin payına düşüb.

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə 30,3 miltyon ton yük daşınıb, bunun 3 faizi dəniz nəqliyyatının payına düşüb.