Göyərtəsində minlərlə avtomobil olan batmış gəminin kəsimi davam edir

52

Corciya ştatının sahillərində batmış “MV Golden Ray” adlı quru yük gəmisinin qaldırılmasına ötən ilin noyabr ayında başlanılıb.

“Seanews.az” xəbər verir ki, uzunluğu təqribən 200 metr olan gəminin kəsimi artıq 5 aydır ki davam edir.

Gəmi kifayət qədər möhkəm poladdan hazırlandığı üçün gəminin kəsimi planlaşdırılmış vaxtdan uzun çəkir.

Ekoloqların sözlərinə görə, sözügedən hadisə ətraf mühitə kifayət qədər ciddi ziyan vura bilər. Belə ki qəzanın baş verdiyi ərazidə artıq gəmi və avtomobil parçaları nəzərə çarpır.

Məlumata görə, gəminin kəsimi cari ilin iyun ayında yekunlaşacaq.