“Bibiheybət” GTZ-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

53

Vətən müharibəsində iştirak etmiş əməkdaşlar daim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə  Novruz bayramı ərəfəsində “Bibiheybət”  Gəmi Təmiri Zavodunun Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə  görüş keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

“Bibiheybət”  Gəmi Təmiri Zavodunun rəhbəri Nəsib Qəhrəmanov bildirib ki,  Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.  Bu qələbə xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və gec-tez öz məqsədinə çatacaq.

Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları – Ramiz Qocayev, Tural Fətəliyev, Kənan Məmmədov, Nəbi Hacıyev qürur hissi ilə şanlı döyüş yollarından danışıblar, öz xatirələrini bölüşüblər. Onlar diqqət və qayğıya görə ASCO sədri Rauf Vəliyevə təşəkkürlərini bildiriblər.

Sonda Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçılarına “Təşəkkürnamə” təqdim olunub, onlara bayram sovqatı verilib.

seanews.az