BP Böyük Britaniyanın ən böyük hidrogen zavodunu tikəcək

59

BP 2030-cu ilə qədər Böyük Britaniyanın ən böyük hidrogen zavodunu inşa edəcək.

AZƏRTAC xəbər verir ki, şirkət bu addımı atmasında əsas məqsəd kimi qaz emissiyalarını azaltmağı hədəflədiyini açıqlayıb.

BP hidrogen istehsalı prosesindən karbon emissiyalarının 98 faizə qədərini tuta biləcək texnologiyaların araşdırılması üçün layihə üzrə texniki-iqtisadi əsaslandırmaya başlayıb. Şirkət “H2Teesside” adlanan Tessid layihəsinin ildə iki milyon tona qədər karbon qazını (CO2) tutaraq Şimal dənizinin altındakı anbarlara ötürülməsini planlaşdırır. BP “H2Teeside” layihəsi ilə bağlı son investisiya qərarını 2024-cü ildə verəcəyini bildirib.

Qeyd edək ki, Norveçin “Equinor”enerji şirkəti ötən il Britaniyanın şimalındakı Humber bölgəsində mavi hidrogen zavodu inşa edəcəyini açıqlamışdı.