Buz naviqasiyası dövründə Don-Rostovdan 2087 ədəd gəmi keçib

50

2020-ci il dekabrın 7-dən 2021-ci il martın 18-ə qədər davam edən buz naviqasiyası dövründə Don-Rostovdan 2087 ədəd gəmi keçib.

“Seanews.az” xəbər verir ki, bu ərazidən keçən gəmilərin ümumi yükü 4.2 milyon ton ağırlığında olub.

Ümumilikdə cari ilin əvvəlindən bu günə qədər sözügedən əraziyə 798 ədəd gəmi daxil olub və onlardan 785 ədədi geri qayıdıb.

Gəmilərin ümumi yükünün çəkisi 4.2 milyon ton ağırlığında olub ki, bu da nəzərdə tutulmuş planın 85%-idir.

Məlumata görə, Don-Rostovda buzqıran gəmilərin işi martın 17-də yekunlaşıb.