Gürcüstan Qara dənizdə NATO ilə birgə hərbi təlimlər keçirir.
APA-nın yerli bürosu xəbər verir ki, təlimdə Gürcüstan Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Xidməti və NATO-nun 2-ci Daimi Dəniz Birliyinin (SNMG2) hərbi gəmiləri iştirak edir.
Hərbi təlimin məqsədinin NATO ilə tərəfdaş ölkə olan Gürcüstanın hərbi dəniz qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılması olduğu qeyd olunub.