Bu günə qədər AÇG və “Şahdəniz”dən 558 mln ton neft ixrac edilib

49

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən martın 1-dək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 527,8 milyon ton xam neft, “Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin martın 1-dək 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.