Bu il Azərbaycanda qaz hasilatı 3 % artıb

43

Bu ilin yanvar-fevral ayında Azərbaycanda 6,8 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 3,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 1,2 milyard kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən %, yəni 196 milyon kubmetr artımla qaz hasil edilib.