ADDA müəlliminin həmmüəllifi olduğu monoqrafiya çap edilib

44

Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri r.ü.e.d., Dəniz Naviqasiyası kafedrasının professoru Rövşən Hümbətəliyevin həmmüəllifi olduğu monoqrafiya Almaniyada fəaliyyət göstərən “Lambert Academic Publishing” nəşriyyat evində çap edilib. Monoqrafiyanın digər müəllifi Mingəçevir Dövlət Universitetinin baş müəllimi Səriyyə Allahverdiyevadır.
“Kompüter riyaziyyatında məlumatların təhlükəsizliyinin texniki-texnoloji və metodoloji xüsusiyyətləri” adlı monoqrafiya təbii proseslərin riyazi modellinin yaradılaraq kompüterdə həll üsullarının texniki-texnoloji və metodoloji xüsusiyyətlərinə aiddir.
Sadə dildə desək təcrübədə hər bir prosesi riyazi model ilə yerinə yetirmək olar. Bunu üçün bu prosesin riyazi modelinin qurulması, məlum riyazi metod və vasitələrin seçilməsi lazımdır.
Bizim görəcəyimiz hər bir prosesin riyazi həll yolu var. Bunun üçün qurulan mürəkkəb riyazi məsələləri müasir dövrümüzdə kompüter riyaziyyatı ilə həll edirlər.
Kompüter riyaziyyatı hər hansı riyazi məsələnin kompüter vasitəsilə həllinin tapılmasıdır.
Qurulmuş riyazi modelin artıq hamımıza məlum riyazi modelləşdirmə sinfinə gətirilməsi, işlənib-hazırlanmış mövcud həll üsulunun tətbiqi üçün əsas yaradır.
Riyazi məsələlərin kompüter həllinin realizə olunmasının başlanğıc mərhələsi, riyazi məsələnin qoyuluşu, müvafiq riyazi modelin işlənib hazırlanması və onun həlli üsullarının seçilməsi ilə bağlıdır.
Ümumiyyətlə, bu mövzuda yazılmış monoqrafiyanı müasir dövrdə bu cür metodla aparılan hesabatlar zamanı kompüter riyaziyyatının tətbiq edilməsində dəyərli iş adlandırmaq olar.
Xatırladaq ki, “Lambert Academic Publishing” disertasiya araşdırmalarının monoqrafiya şəklində təmənnasız çap edilməsi mümkün olan beynəlxalq elmi nəşriyyatdır.

Mənbə:http://adda.edu.az/