Oxot dənizində “Axtiar” adlı balıqçı gəmisindəki yanğın söndürülüb

38

Oxot dənizində “Axtiar” adlı balıqçı gəmisində baş verən yanğın söndürülüb. Bu barədə Rusiya dəniz və çay nəqliyyatı Federal Agentliyindən bildiriblər.

“Seanews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın nəticəsində zərərçəkən olmayıb.

İlkin məlumata görə, yanğın gəminin alt göyərtəsindəki soyunub-geyinmə otağından başlayıb. Tüstülənmə aşkarlandıqdan dərhal sonra həyəcan siqnalı verilib, ərazi elektrik cərəyanından ayrılıb və yanğın su ilə söndürülüb.

Hadisə ilə bağlı artıq İstintaq Komitəsi araşdırmalara başlayıb.