Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar iki dəfəyədək artıb

76

“2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımaların həcmi təqribən 78 min ton təşkil edirdisə, bu ilin ilk rübündə bu göstərici 154 836 tona çatıb”.

“APA-Economics”in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazir bildirib ki, ötən il BTQ dəmir yolu xətti və Orta Dəhliz üzərindən 2019-cu illə müqayisədə 104% artımla 396 778 ton yük daşınıb.

“Orta Dəhlizin illik 710 mlrd. ABŞ dolları təşkil edən Avropa-Çin ticarət magistralının keçdiyi ölkələr əhəmiyyətli dərəcədə iqtisadi qazanc əldə edəcəklər”, – deyə nazir qeyd edib.