“Maersk Explorer” “Şahdəniz” yatağında qazma işlərini başa çatdırıb

63

Danimarkanın “Maersk Drilling” şirkətinin “Maersk Explorer” qazma qurğusu “Şahdəniz” qaz kondensat yatağında keçirdiyi işlər cədvələ uyğun başa çatıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, son 9 il ərzində “Maersk Drilling” tərəfindən qazılan qurğuların sayı 22-yə çatıb: “Biz Xəzər dənizində qazma qurğularının işə salınması üçün istənilən imkanlarda maraqlıyıq”.

Qeyd edək ki, “Maersk Explorer” “İstiqlal” qazma qurğusu ilə birgə “Şahdəniz” yatağının işlənməsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-sı artıq başa çatdırılıb.