Türkiyə və Liviya neft-qaz yataqlarının işlənməsində əməkdaşlıq edəcək

44

Türkiyə və Liviya arasında neft-qaz yataqlarının işlənməsində əməkdaşlığa dair razılıq əldə olunub.

“APA-Economics”in verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz öz “Twitter” hesabında yazıb.

“Liviyanın neft və qaz naziri Məhəmməd Əhməd Oun ilə səmərəli bir görüş keçirdik. Xüsusilə neft və təbii qaz sahəsində əməkdaşlığımızı inkişaf etdirməyə qərar verdik”, – F. Dönməz qeyd edib.