BP “Azəri-Çıraq-Günəşli” blokunda texniki xidmət proqramlarını reallaşdıracaq

48

BP özünün dəniz platformalarında texniki xidmət üzrə iki proqram reallaşdırmağı planlaşdırır.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Birinci proqramın reallaşdırılması aprelin sonunda “Qərbi Azəri”, ikinci proqram isə 2021-ci il ərzində “Çıraq” platformasında planlaşdırılır.

BP-dən bildiriblər ki, “Qərbi Azəri” platformasındakı texniki xidmət proqramı bir neçə gün əvvəldən elan olunacaq.

Qeyd edək ki, BP-nin hesabatına əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan bu günədək 3,8 milyard barel neft hasil edilib.