Ərəb dənizində konteyner gəmisi ilə balıqçı gəmisi toqquşub

72

“APL LE HAVRE” adlı konteyner gəmisi Hindistana məxsus balıqçı gəmisinə çırpılıb.

“Seanews.az” xəbər verir ki, hadisə Hindistanın cənub-qərbində, Ərəb dənizində baş verib.

Qəza nəticəsində balıqçı gəmisi çevrilib. On dörd nəfərdən ibarət heyətin beş üzvünü sudan çıxarmaq mümkün olub. Onlardan üçü ciddi xəsarət aldıqlarına görə həyatlarını itiriblər. 

Hazırda daha 9 nəfərin axtarışları davam edir.