Xarici şirkətlər Beyrut limanının bərpası uğrunda rəqabətə girib

39

Beyrut limanı və Livan paytaxtının yaxın rayonlarında baş verən güclü partlayışdan səkkiz ay sonra fərqli milli maraqlara sahib olan bir çox xarici şirkət onu bərpa etmək üçün yarışır.

Bu barədə liman direktoru Bassem Əl-Kassi bildirib. 

Almaniyadan bir nümayəndə heyəti keçən həftə səfirin iştirakı ilə limanı və bitişik əraziləri yenidən qurmaq üçün 30 milyard dollarlıq möhtəşəm bir layihə təqdim edb.

Hamburg Port Consulting də daxil olmaqla, şirkətlər tərəfindən hazırlanan iddialı plan limanı şərqə köçürməyə və yaxınlıqdakı ərazini sosial mənzillər, “mərkəzi park” və hətta çimərliklər daxil olmaqla, yenidən qurmağa çalışır.

Livanın keçmiş müstəmləkəçisi olan Fransa aylardır böyük siyasi islahatlar müqabilində ölkəyə iqtisadi böhranın öhdəsindən gəlmək üçün yardım təklif edən beynəlxalq səylərə rəhbərlik edir.

Fransa da limanın yenidən qurulmasını öz üzərinə götürməyə çalışır. Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında güclü partlayışından sonra Beyruta ikinci səfəri zamanı Livan əsilli Fransız gəmi nəhəngi CMA-CGM-in başçısı Rodolf Saad da heyət tərkibində olub.

Səyahət zamanı şirkət Livana “ağıllı liman” etmək üçün dəniz sahilinin yenidən qurulması, genişləndirilməsi və modernləşdirilməsi üçün üç mərhələli bir layihə təqdim edilib.

İlk iki mərhələnin dəyəri 400 milyon dollardan 600 milyon dollar olacağı və şirkətin bunun yarısını maliyyələşdirəcəyi bildirilib. 50-ə yaxın şirkət və beynəlxalq təşkilat da bu layihədə iştirak etmək istəyir.

CMA-CGM Livanın ikinci şəhəri Tripolidəki konteyner terminalının 2041-ci ilə qədər çalışması üçün konsessiya əldə edib və tezliklə Beyrutda konteyner əməliyyatları üçün təklif alacağına ümid edir.

Siyasi analitik İmad Salamey deyib ki, ticarət maraqlarından başqa burada geosiyasi təsir də rol oynanır.

Onun fikrincə, burada “Aralıq dənizində qaz axtarışları”, bölgədəki “Rusiya ekspansionizmi” və bir sıra normallaşma razılaşmalarının əldə edilməsindən sonra “İsrail ilə Ərəb ölkələri arasında gələcək iqtisadi əməkdaşlıq” yer alır

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda avqustun 4-də baş verən güclü partlayış 200-dən çox insanın ölümünə və ərazidə böyük dağıntıya səbəb olub.

amerikaninsesi.org