Fransa Donanması “Alsace” freqatını təhvil alıb

527

“Naval Group” şirkəti sifariş əsasında inşa etdiyi FREEM tipli “Alsace” freqatını Fransa Donanmasına təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Naval Group” şirkəti məlumat yayıb.

Müsair hava hücumundan müdafiə sistemləri ilə təchiz edilən “Alsace” freqatı Fransa Donanmasındakı “Charles de Gaulle” təyyarə gəmisi və PHA tipli dokları mühafizə etmək üçün sifariş verilib.

“Alsace” freqatının inşasına 2018-ci ilin fevral ayında başlanıb və ilk dəniz sınaqları 2020-ci ilin oktyabrında keçirilib.

165 personal tutumuna sahib olan freqatın maksimum sürəti 27 knot, uzunluğu 142 metr və eni 20 metrdir.

“Alsace” və həmçinin digər FREEM tipli freqatlar bu silahlarla təchiz edilib:

• 8 ədəd “Excocet MM40 Block 3” gəmi əleyhinə raket
• “Sylver” buraxılış sistemindən vertikal şəkildə atılan, ümumi sayı 32 olan “Aster” 15 və 30 raketləri
• 1 ədəd 76 mm-lik əsas silah
• 4 ədəd 12,7 mm-lik pulemyot
• 19 ədəd “MU90” torpedosu
• 1 ədəd “Caiman” döyüş helikopteri
• 2 ədəd “Narwhal” 20 mm-lik uzaqdan idarə olunan silah.

Qeyd edək ki, hazırda Fransa Donanmasına “Alsace” ilə bərabər yeddi FREEM tipli freqat təhvil verilib. Fransa Donanmasına səkkizinci və son FREEM tipli freqatın isə 2022-ci ildə təhvil verilməsi planlaşdırılıb.