Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb

494

Dünyanın aparıcı mühəndis-texniki şirkətlərindən Fransanın “Technip Energies” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” neft-kimya kompleksinin əsaslı təmirini başa çatdırıb.

Trend bu barədə Fransa şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, “Azərikimya”nın modernləşdirilməsi layihəsi üzrə işlər vaxtında başa çatdırılıb:

“Bakı yaxınlığında yerləşən neft-kimya kompleksinin əsaslı təmiri başa çatıb. Zavod təhvil verilib və işə salınıb. 2020-ci ilin oktyabrından zavod sifarişlərə əsasən etilen və polietilen istehsal edir. Sınaqlar göstərib ki, bütün texnoloji yenilənmələr işləyir. Sınaqlar fevral ayında uğurla başa çatıb və zavodun istehsal gücü ilə bağlı tələblərə cavab verdiyi müəyyən edilib”.