İstanbulun Tuzla rayonunda Sinqapur bayraqlı 180 metr uzunluğunda “Hoegh Pusan” adlı Ro-Ro gəmisi saya oturub.
“Seanews.az” xəbər verir ki, dərhal əraziyə Sahil Təhlükəsizliyi İdarəsinin “Kıyem-3” qayığı və “Kurtarma-7” yedək gəmisi cəlb olunub və “Hoegh Pusan” xilas edilib.
Hadisə zamanı ölüm, yük itkisi və dəniz çirkliliyi kimi xoşagəlməz hallar yaşanmayıb.