XəbərlərDünyada Cənubi Koreyanın Pusan şəhərinin limanında Rusiyaya məxsus balıqçı gəmisində yanğın baş verib. 22 Aprel 2021 288 Trend-in məlumatına görə, yanğın zamanı gəmidə 38 nəfər olub. Xilasedicilər gəmiçiləri təxliyə edə bilib. Hadisə nəticəsində xəsarət alan olımayıb. Yanğının qarşısı 2 saatdan çox müddət ərzində alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.