Yolun açıq olsun, Vətən oğlu!

89

Nə üçünsə Mübariz Mənsimov haqda fikirləşəndə həmişə yadıma “Böyük dayaq” filmindəki Rüstəm kişi düşür. Doğrudur, zaman-məkan fərqli olsa da xarakterlərdə uyğunluqlar var. Mübariz də Rüstəm kişi kimi zəhmətkeş, mərd, səxavətli, bütöv adamdı. Cəmiyyətinə, xalqına xeyirli olmağa çalışır. Çox təəssüflər olsun ki, onun da yanında salmanlar, yarməmmədlər var…

Mübariz Mənsimov şərlənərək həbs olunanda çoxlarının iç üzü açıldı. İstər şirkətində, istərsə də ətrafında yüzlərlə simasızın olduğu məlum oldu. Düzü, vətən oğlunu təmənnasız sevən milyonlarla insanların olduğunun da şahidi olduq. Hətta mövcüd vəziyyətdən istifadə edib, özünü mənsimovların varisi kimi gözə soxmağa çalışanlar da çox oldu. Özünü canıyanan kimi reklam edib “çıxış yolu” göstərənlər də N qədər…Təssüf doğuran məqamlardan biri də belələrinin Mənsimovlar ailəsinə kimi gedib çıxmaları idi. Ailə üzvlərinin “etibarını” qazanıb, o camiyədəymiş kimi özlərini göstərmələri idi.

Hələ Mübariz məhbəsdən çıxanda restoranlarda yeyib-içərək bir-birinə ziyafət vermək, bir qoyun kəsib (güya qurban kəsirlər) aralarında bölüşənlər də kifayət qədər oldu…Etiraf edirəm ki, Mübarizin azadlığa çıxmasıyla bağlı mənə də saysız-hesabsız zənglər oldu. Mənə gözaydınlığı verənlərə “haqqın gözləri aydın olsun” deyirdim. Mənə “Bəs sən niyə getmədin?”- deyənlər də çox oldu. Axı, nə böyük iş görmüşəm ki, mənim orda nə işim? Məgər, Mübariz məndən xahiş eləmişdi ki, onu müdafiə edim? Mübariz deyil, digər o duruma düşmüş hər hansı soydaşımız olsaydı yenə eyni hərəkəti edərdim…Mübariz Mənsimov həbsdə olanda 283 status, on beş şeir yazdım. O şeirlərin altısına müsiqi bəstələndi. Həmişə də haqqın qalib gələcəyinə inandım.

Mənim cəsarətli yazılarım bir çox “mübarizlər”də narahatlıq yaratdı. Çünki, mən heç kəsdən çəkinmədən onların təmənnalı jestlərini ifşa edirdim. Onların arasında Azərbaycanda da, Türkiyədə də, başqa ölkələrdə olanlar da vardı. (Səs yazıları, başqa faktlar məndədi). Bu dəlilləri ona görə saxlamıram ki, mənim üçün əhəmiyyətlidi. Ona görə saxlayıram ki, onların mənfur niyyətləri üzə çıxanda yanılmadığıma bir daha əmin olum.Bu gün özünü Mübarizin yaxını kimi göstərib kimin üçünsə ianə toplayanlara üzümü tutub deyirəm, Əl çəkin bu iyrənc hərəkətlərinizdən. İmkanınız varsa əl tutun, yoxdursa özünüzü canıyanan kimi göstərib, nüfuzlu bir insanın ŞƏXSİYYƏTİNƏ xələl gətirməyin. Ayıbdı.Mənim mübarizəm Mübarizin həbsdən çıxması üçün idi. Şükür ki, o arzuma da çatmışam. İnnən belə qazanacağı hər bir uğura da sevinəcəm. Bir arzum da var ki, bir daha əvvəl inanıb, etibar etdiyi “adam”ların şərinə düşməsin.

YOLUN AÇIQ OLSUN, VƏTƏN OĞLU!

Şərafəddin İlkin, Şair, prezident təqaüdçüsü.