Dünya bazarlarında təbii qazın qiyməti artıb

56

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,18% artaraq 2,753 ABŞ dolları təşkil edib.