Assosiasiya: İşğaldan azad olunan ərazilərdə balıqçılığın inkişafı üçün böyük imkanlar var

65

Azərbaycanda balıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün məhdud su ehtiyatlarından effektiv istifadə olunmur.

Bunu “APA-Economics”ə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, ölkənin daxili bazarı kifayət qədər boşdur və nəhəng idxalla üz-üzədir: “Balıq məhsullarını ixrac etmək üçün bizim kifayət qədər potensialımız var və bu istiqamətdə müəyyən addımlar atılır”.

Assosiasiyanın İdarə Heyətinin sədrinin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə balıqçılıq sahəsinin inkişafı üçün böyük imkanlar var.

“Hazırda Suqovuşanda balıqçılığın inkişafına dair investisiya layihəsi icra olunur. Bununla yanaşı, Qubadlı və Laçında olan çayların kifayət qədər böyük balıqçılıq potensialı var. Yuxarı Qarabağ ərazisində isə yeraltı su ehtiyatları kifayət qədər böyükdür. Yəni işğaldan azad edilən ərazilərin balıqçılıq potensialını dəyərləndirsək, bu, kifayət qədər böyük rəqəm ola bilər”, – deyə Z. Salmanlı qeyd edib.