“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi ölkədə balıqçılıq sahəsinin inkişafına dair yeni təşəbbüslər irəli sürəcək.
Bunu “APA-Economics”ə Assosiasiyanın İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.
O, sahənin inkişafına maneələr yaradan bir sıra amillərin mövcudluğunu bildirərək qeyd edib ki, bu məsələlər yaxın vaxtlarda Assosiasiyanın növbəti iclasına müzakirə predmeti olacaq.