Ceyhan terminalından 65 milyon bareldən çox AÇG nefti yola salınıb

61

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,636 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 748 tanker yola salınıb.

2021-ci ilin birinci rübündə Ceyhan neft terminalından 89 AÇG nefti daşıyan tanker və ya 65,1 milyon barel neft yola salınıb.