Tankerdə kütləvi virusa yoluxma halı baş verib

61

Sinqapura məxsus “Fairway” tankerində koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, 25 nəfərdən ibarət heyətin 16 üzvünün testinin nəticəsi pozitiv çıxıb.

Vəziyyəti nisbətən ağır olan iki heyət üzvü helikopter vasitəsilə gəmidən təxliyə edilib. Onlardan biri – baş mexanik reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə baş verdikdən sonra adıçəkilən gəmi yedək gəmilərinin vasitəsilə lövbər dayancağından uzaqlaşdırılıb.

Məlumata görə, gəmi heyəti arasında bu miqyasda kütləvi yoluxma ilk dəfə olaraq qeydə alınır.