ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil olub

79

ABŞ-ın Hamilton Sahil Mühafizəsinin kateri “NATO üzrə müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq məqsədilə” Qara dənizə daxil olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.

“Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu”, – məlumatda belə deyilir.

Silahlı Qüvvələrin bu növ kateri sonuncu dəfə Qara dəniz ərazisinə 2008-ci ildə daxil olmuşdu.