ETSN: Xəzər dənizinin dibində çoxlu vulkanik püskürmələr var

81

“Xəzər dənizinin dibində çoxlu vulkanik püskürmələr var”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Mərkəz direktoru qeyd edib ki, dənizə bir çox kimyəvi maddələr daxil olur:

“Faunalar da bu prosesə uyğunlaşıb. Balıq ehtiyatlarının azalmasına ekosistemin son 20 il ərzində tarazlaşmasının pozulması təsir edib”.

M.Axundov bildirib ki, balıq ovu bütün dünyada azalır:

“Yaxın zamanlarda təbii mühitdə yox, yetişdirilən balıq məhsullarından istifadə olunacaq. Bununla da təbii mühitə təsirimiz azalacaq, balıq populyasiyasının qorunmasına müsbət təsir göstərəcəyik”.