“Lukoil” Xəzər dənizində “mavi hidrogen” layihəsini nəzərdən keçirir

91

“Lukoil” Xəzər dənizində “mavi hidrogen” layihəsinin mümkünlüyünü nəzərdən keçirir”.

“Report” xəbər verir ki, bunu “Lukoil”in vitse-prezidenti Leonid Fedun Milli Neft və Qaz Forumunda bildirib.

Qeyd edək ki, “mavi hidrogen”in istehsalı zamanı təbii qaz hidrogenə və karbon qazına (CO2) ayrılır və CO2 toplanılaraq saxlanılır. İstixana qazı olan CO2-nin saxlanılması sayəsində ətraf mühitə mənfi təsir azaldılır.

Jurnalistlərin Xəzər dənizindəki yeni layihə ilə bağlı sualını cavablandırarkən L.Fedun bildirib ki, “mavi hidrogen”i istehsal etməyə dair fikirlər var.

Xatırladaq ki, 2020-ci ilin əvvəllərində “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putindən şirkətə geoloji kəşfiyyat üçün Xəzər dənizinin Rusiya sektorunun qərb hissəsində üç sahənin verilməsini xahiş edib. Söhbət Tyuleniy adası yaxınlığındakı “Tyuleniy-1”, “Tyuleniy-2” və “Tyuleniy-3” sahələrindən gedir.