“Ever Given” gəmisinin daha üç üzvü evə buraxılıb

59

Cari ilin martında saya oturaraq Süveyş kanalını bir həftəlik bağlı saxlayan «Ever Given» gəmisinin daha üç üzvünə evə getməyə icazə verilib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Ever Given” gəmisinin texniki operatoru Schulte Shipmanagement (BSM) şirkətinin baş direktoru Yan Beveridj bildirib. 

Yan Beveridj qeyd edib ki, bizim üçün ən vacib məsələ heyətimizin təhlükəsizliyi və sağlamlığıdır: “Daim gəmidəki komanda və onların ailə üzvləri ilə əlaqədəyik. Lazım olan hər cür yardımı göstərməyə hazırıq”.

Baş direktor gəmi və heyətin tezliklə səfərlərini bərpa edəcəyinə ümidvar olduğunu deyib: “Biz kapitanımız və komandamızla fəxr edirik. Onlar öz üzərilərinə düşən vəzifəni indiyə qədər icra edir. Heyət çətin vəziyyətdə müstəsna peşakarlıq nümayiş etidirib”.

Qeyd edək ki, bundan öncə aprelin ortasında heyətin 2 üzvünə gəmini tərk etməyə icazə verilmişdi.