Qazaxıstan neft məhsullarının ixracına qadağa qoyur

57

Qazaxıstan mayın 9-dan etibarən bir sıra neft məhsullarının ölkədən ixracına 6 aylıq məhdudiyyət tətbiq edəcək.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu addım daxili bazarda neft məhsulları qıtlığının yaranmaması üçün atılır.

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti yaydığı məlumatda bildirib ki, Qazaxıstan ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının (mal nomenklaturası 2709, 2710, 2902, 3403, 3811, 3826) ixracına 6 ay müddətinə qadağa qoyulur.

Sürtkü yağları (mal nomenklaturası 2710 19 820 0, 2710 19 840 0, 2710 19 860 0, 2710 19 880 0, 2710 19 920 0, 2710 19 940 0, 2710 19 980 0, 3403 19 900 0, 3403 91 000 0) istisna təşkil edir.

Məhdudiyyət həmçinin istehsalçı tərəfindən avtomobil nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və texniki şərtlərə uyğun olaraq avtomobilə quraşdırılmış benzin çənində və həcmi 20 litrdən çox olmayan qablarda daşınan neft məhsullarına aid deyil.