Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlara başlayıb

53

Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə danışıqlar bərpa olunub.

Trend-in məlumatına görə, danışıqlar ABŞ və BMT-nin vasitəçiliyi ilə keçirilir.

Bu, tərəflər arasında demarkasiya üzrə danışıqların beşinci raundudur.

Qeyd edək ki, Livan və İsrail arasında Aralıq dənizində 860 kvadrat kilometrlik mübahisəli ərazi mövcuddur.