ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur

51

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Maestro Niyazi”, “Şah İsmayıl Xətai”, “Qəhrəman Xəlilbəyli”, “Qəhrəman Əsədov”, “Mühəndis Mustafa Əli”, “Professor Gül”, “Abşeron-15”, “Abşeron-19”, “General Əsədov”, “Gültəkin Əsgərova”, “Neftqaz-64”, “Orion-17”, “PS-173”, “PSK-31”, “PSK-33”, “PSK-40”, “PSK-45” gəmilərində, eyni zamanda Xəzər Dəniz Neft Donanmasının paltardəyişmə yerlərində, yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.