Süveyş kanalını bağlayan “Ever Given” gəmisi ilə bağlı növbəti məhkəmə keçirilib

70

Misirin İsmailiyə şəhər məhkəməsi “Ever Given” gəmisinin sığortaçısı qismində çıxış edən Britaniyanın qarşılıqlı sığorta klubunun (UK Club) Misir məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.

“Seanews.az” xəbər verir ki, məhkəmə iddiaçının gəminin həbsdən buraxılması ilə bağlı tələblərini əsassız hesab edib və bundan əvvəlki qərarı qüvvəsində saxlayıb.

O da qeyd olunur ki, məhkəmə gəmini idarə edən şirkətə onunla bağlı hər hansısa bir qərar verməyi qadağan edib.

Xatırladaq ki, Süveyş kanalı administrasiyası gəmi sahibindən 916 milyon ABŞ dolları məbləğində təzminat tələb edir. Bu məbləğin 300 milyon dolları xilasetmə işləri, 300 milyonu isə kanalın nüfuzuna xələl gətirildiyi üçün istənilir.