ADDA professoru beynəlxalq jurnalın redaksiya heyətində

59

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi Mexanika” kafedrasının professoru, t.e.d. Yusif Həsənovun Web of Science indeksinə daxil olan Ukrayna Metrologiya Jurnalında “CIPM MRA-nın Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsinin xüsusiyyətləri” adlı məqaləsi çap edilib. ADDA professoru həmçinin Odessada dərc olunan “Texniki İdarəetmə və Rabitə” adlı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib. Bu, Azərbaycan aliminin elmi fəaliyyətinə verilən yüksək qiymətdir.