TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 19% azalıb

64

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 176,2 min ton, yük dövriyyəsi isə 2 405,2 milyon ton-km olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8% və 8,7% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 5 636 min tonu və ya 55,4%-i avtomobil nəqliyyatı, 3349,4 min tonu və ya 32,9%-i dəmir yolu nəqliyyatı, 1 190,8 min tonu və ya 11,7%-i dəniz nəqliyyatı ilə daşınmışdır.