Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb

76

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,643 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 758 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 98 AÇG nefti daşıyan tanker və ya 71,3 milyon barel neft yola salınıb.