Rusiyada hasilatın mövcud səviyyədə olduğu halda ölkədə olan neft ehtiyatları daha 59 ilə bəs edə bilər.
FED.az xəbər verir ki, Rusiya mətbuatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Aleksandr Kozlov bildirib.
Onun sözlərinə görə, ölkənin qaz ehtiyatları isə daha 103 ilə bəs edəcək.
A. Kozlov qeyd edib ki, geoloji kəşfiyyata investisiyaların yatırılması yanacaq ehtiyatlarının həcminə təsir edə bilər.