SOCAR Türkmənistana sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forumun əsas tərəfdaşıdır

79

Mayın 12-13-də Türkmənistanın paytaxtı Aşqabadda ölkənin müstəqilliyinin 30 illik yubileyinə həsr edilən neft-qaz sektoruna sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forum keçiriləcək.

DenizXeber.az “report”a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları “Turkmenqaz”, “Turkmennebit” dövlət konsernləri, “Turkmengeologiya” Dövlət Korporasiyası, həmçinin ölkənin Maliyyə və İqtisadiyyat Nazirliyi və Britaniyanın “GaffneyCline” şirkətinin dəstəyi ilə “Türkmən Forum”dur.

Ənənəvi olaraq sponsorlar siyahısında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini (SOCAR) də görmək olar. Bu il şirkət əsas partnyor rolunda çıxış edir. SOCAR hər il qardaş Türkmənistanın tədbirlərində iştirak edir, məsələn, şirkət “Türkmənistanın neft və qazı” (OGT 2019) XXIV Beynəlxalq Konfransında platin sponsoru statusunda idi. “Türkmənistanın Neft və Qazı” investisiya tədbirində əsas tərəfdaş, XXV beynəlxalq “Türkmənistanın Neft və Qazı” (OGT-2020) konfransında Qızıl Sponsor, “Enerji sektorunda davamlı əməkdaşlıq universal inkişaf üçün vacib şərtdir” beynəlxalq konfransında isə əsas tərəfdaş olub.

Beynəlxalq forumun Qızıl Sponsorları həmçinin CNPC və NaPeCo-dur, “Buried Hill” Gümüş Sponsor, “Türkmen Petroleum”, “Dragon Oil”, “Petronas”, “Areti Group”, “Haldor Topsoe”, “LG International”, “Hyundai Engineering” Bürünc Sponsorlardır.