ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur

306

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Professor Gül”, “Bəstəkar Qara Qarayev”, “Prezident Heydər Əliyev”, “Hövsan-2”, “Vasif Hüseynov“, “Socar-1”, “Abşeronskaya-6”, “BMK-7220”, “Cabbar Həşimov“, “MPK-455”, “PS-173”, “PSK-33”, “General Əsədov”, “Məcik-1”, “Turan“, “Üfüq”, “Zəfər”, “Ağdərə-4”, “Orion-15”, “Atlet-5” gəmilərində, “Neptun” üzən tərsanəsində, 061 saylı üzən emalatxanasında, eyni zamanda Dəniz Nəqliyyatı Donanmasının inzibati binasında, anbarlarında, ərazisində, giriş-çıxış yerlərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi Tikinti Bölməsində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

seanews.az